|
|
|
|
Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) 1974-cü ildə bitirmiş məzunlar bu əlamətdar hadisənin 50 illik yubileyini təhsil aldıqları universitetdə qeyd ediblər.
UNEC-dən 525.az-a bildirilib ki, Əmtəəşünaslıq fakültəsinin məzunları əvvəlcə universitetin şəhid tələbə və məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil qoyaraq onların əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra qocaman məzunlar UNEC rektoru professor Ədalət Muradovla görüşərək tələbəlik dövrləri ilə bağlı xatirələrini bölüşüblər. Professor Ədalət Muradov məzunları UNEC-də görməkdən məmnunluğunu bildirərək bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıb. Rektor UNEC məzunlarının universitetin ictimai-sosial həyatında yaxından iştirak etmələri, onların vahid platformada birləşmələri məqsədilə UNEC Məzun Assosiasiyasının yaradıldığını bildirib, UNEC Məzunları Forumunun keçiriləcəyini diqqətə çatdırıb. İqtisad Universitetinin yarandığı 19 iyun tarixinin UNEC Günü kimi qeyd olunduğunu deyən rektor qocaman məzunları bu münasibətlə keçiriləcək tədbirə dəvət edib.
Məzunlar, həmçinin UNEC-in Muzeyi, Oxu zalı, Bloomberg maliyyə laboratoriyası ilə tanış olublar və universitetdən xoş təəssüratlarla ayrılıblar.
Sevinc Qarayeva