https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg Qərbi Azərbaycan həqiqətləri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-05/314056_31hscs2fuk.jpg Həqiqətdə irrasionallıq və rasionallığın vəhdəti
https://525.az/img/pics/medium/2024-05/314036_ip98bas01h.jpg Laçın təbiətli, Laçın sevdalı şair
https://525.az/img/pics/medium/2024-05/314040_5nku9s2x5u.jpg Yazıçılar Birliyində Dayandur Sevginin yubileyi qeyd edilib
search
17 May 2024

Avro-2024-ü buraxacaq

Avro-2024-ü buraxacaq

Fransa millisinin və PSJ-nin müdafiəçisi Lukas Ernandes Çempionlar Liqasının 1/2 final mərhələsinin Dortmund "Borussiya"sı ilə ilk oyununda zədələnib.

QOL.az xəbər verir ki, onun ayaq çarpaz bağlarında zədə aşkarlanıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilir ki, 28 yaşlı futbolçu üçün cari mövsüm başa çatıb. Ernandes 2024-cü il Avropa çempionatını da buraxacaq.

Qeyd edək ki, Lukas bu mövsüm 41 matçda iştirak edib, 2 qol vurub və 2 qolun ötürməsini verib.

Xatırladaq ki, Avro-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.