Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib
525.az xəbər verir ki, qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin COP-29-la bağlı rəsmi dəvət məktubu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
xxx
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.
525.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Görüş Ankaradakı Prezident iqamətgahında baş tutacaq.
Qeyd edək ki, Ə.Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib. O, bu gün Ankarada Türkiyə-Azərbaycan Biznes Forumunda iştirak edəcək. Səfər çərçivəsində Azərbaycanın Baş nazirinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla da görüşü olacaq ("Report").