https://525.az/img/pics/medium/2025-01/340116_x00d8woz5j.jpg Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi-diplomatik fəaliyyəti
https://525.az/img/pics/medium/2025-01/340367_ksg1zmjjnz.jpg Yazmasam, borclu qalaram... - Abid Tahirli yazır
https://525.az/img/pics/medium/2025-01/340346_s7lzp1vf8p.png Ölülərdən dirilərə məktub - Mustafa Çəmənli yazır
https://525.az/img/pics/medium/2025-01/340337_4z2cab8z6c.jpg Ədəbiyyatdan kinoya - Adilə Nəzərova yazır
search
16 Yanvar 2025

AFFA üç futbolçuya 4 oyunluq cəza verdi

AFFA üç futbolçuya 4 oyunluq cəza verdi

AFFA 1-ci liqada və 2-ci liqada mübarizə aparan komandaların üç futbolçusunu 4 oyunluq, 2 futbolçusunu isə 1 matçlıq cəzalandırıb.

QOL.az xəbər verir ki, bu gün keçirilən İntizam Komitəsi iclasında belə qərar qəbul edilib. 

1-ci liqada 27-ci turun “Difai Ağsu” – “Zaqatala” oyununun 33-cü dəqiqəsində “Zaqatala” klubunun 8 nömrəli futbolçusu Roini İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 300 manat cərimələnib.

1-ci liqanın “Şamaxı” – “Araz Saatlı” oyununun 83-cü dəqiqəsində “Araz Saatlı” klubunun 29 nömrəli futbolçusu Lamin Çam ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Araz Saatlı” klubu 50 manat cərimə edilib.

2-ci liqada 26-cı turun “Dinamo” – “Şəki Siti” oyununun 90-cı dəqiqəsində “Dinamo”nun 11 nömrəli futbolçusu Şahin Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.

Eyni oyunun 90-cı dəqiqəsində “Şəki Siti"nin 99 nömrəli futbolçusu Sərcan Omarov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimələnib.

Bu oyunda “Şəki Siti”nin 62 nömrəli futbolçusu Elnar Şabanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şəki Siti” 80 manat cərimələnib.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.