https://525.az/img/pics/medium/2024-06/318717_jpyqozexko.jpg “525-ci qəzet”in 29 iyun sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Arzuların çin olsun - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-06/318713_dy73rt2a1l.jpg Təhsil tariximizdə silinməz imza: Mehdi bəy İsmayılov
https://525.az/img/pics/medium/2024-06/318628_cy533ukd84.jpg Ağ kəpənəklər - Faiq Xudanlı yazır
search
28 İyun 2024

"Qəbələ" Asif Məmmədovla yeni müqavilə bağladı

"Qəbələ" Asif Məmmədovla yeni müqavilə bağladı

"Qəbələ” futbolçusu Asif Məmmədovla müqavilənin uzadıldığını rəsmən açıqlayıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

“Qırmızı-qaralar”ın kapitanı 2024-2025-ci illər mövsümündə də “Qəbələ”nin formasını geyinəcək. Onun anlaşması 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/07 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, bu müddətdə 252 oyunda 17 qol vurub. O, Premyer Liqada 197 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.