https://525.az/img/pics/medium/2024-06/318770_ilvnu2flpj.png Daha iki güləşçimiz Avropa çempionatının finalında
https://525.az/img/pics/medium/2024-06/318717_jpyqozexko.jpg “525-ci qəzet”in 29 iyun sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Arzuların çin olsun - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-06/318713_dy73rt2a1l.jpg Təhsil tariximizdə silinməz imza: Mehdi bəy İsmayılov
search
29 İyun 2024
28 İyun 2024

Azərbaycan millisi 3-cü dəfə Avropa çempionu oldu

Azərbaycan millisi 3-cü dəfə Avropa çempionu oldu

U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.

525.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, millimiz daha bir tarixi nəticəyə imza atıb.

Novi Sada böyük məşqçi Taleh İsrafilov və məşqçilər Rasim Ağayevlə Elbrus Məmmədovun rəhbərliyi altında yollanan komandamızın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.

Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionu olub. Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.

Beləliklə, U-17 yunan-Roma güləşi üzrə yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub.

Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.

Xatırladaq ki, millinin heyətində Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev Avropa çempionu olub. Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov bürünc medal qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.