|
|
|
|
Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə aşıb.
525.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.
Hadisə barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.