|
|
|
|
Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlət proqramı çərçivəsində 16 milyard manatdan çox vəsait ayrılıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov bildirib.
"Bununla yanaşı, özəl sektorun da bərpa-quruculuq işlərində iştirakını dəstəkləyirik və təşviq edirik. Hazırda həm dövlət-özəl tərəfdaşlığı, həm də birbaşa investisiya ilə bir sıra sahibkarlar həmin ərazilərdə fəaliyyət göstərir", - deyə o qeyd edib.