XXI əsrdə texnologiya və internetin inkişafı ilə dünyada yeni bir dövr başladı. Belə ki, insan əməyinin yüngülləşdirilməsi, internet vasitəsilə uzaq məsafədən bir çox məsələnin rahatlıqla həllinin mümkünlüyü ilə yanaşı, həm də texnologiyanın verdiyi imkanlarla sahibkarlar öz məhsullarının qlobal miqyasda reklamını, həmçinin satışını həyata keçirmək imkanı qazandı. Bu növ ticarət əvvəllər saytlar vasitəsilə daha çox həyata keçirilirdisə, hazırda sosial media marketinqi ön plandadır.
İstənilən şirkəti, brendi sadəcə sasial media hesabı açaraq və orada reklamını həyata keçirərək bütün dünyada tanıtmaq mümkündür. Bu halda nümayiş olunan məhsul eyni anda müxtəlif ölkələrin izləyicilərinə təqdim olunur.
Belə qlobal sasial media marketinqi zamanı bu bazarda doğru strategiya həyata keçirmək, rəqabətədavamlı olmaq və uğur qazanmaq üçün müəyyən məqamları bilmək vacibdir.
Mütəxəssislərin sosial media bazarında uğur qazanmağın yolları barədə müxtəlif tövsiyələri var.
Mövzu ilə bağlı ətraflı məlumatı “525-ci kanal” təqdim edir.
Nigar Abbasova