|
|
|
|
Hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir. Ölkəmiz də bu iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində də orta illik temperaturun artması, daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və bu kimi hadisələr nəzərə çarpıb.
Elə son zamanlarda iqlim dəyişmələrinin təsiri nəticəsində tez-tez təkrarlanan və günlərlə davam edən tozlu hava şəraiti müşahidə edilir. Bu əlverişsiz hava şəraiti və onun təsirləri isə təbii ki narahatlıq doğurur.
Ötən həftə də səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında transsərhəd xarakterli tozlu hava müşahidə edilib. Mütəxəssislərin hesablamalarına görə havada tozun miqdarı normadan 1,5 dəfə artıq olub.
Bəs bu tozlu hava şəraitinin yaranmasına səbəb nədir və insan sağlamlığına necə təsir edir?
Mövzu ilə bağlı ətraflı məlumatı “525-ci kanal” təqdim edir.
Nigar Abbasova