
Avropa Parlamentində təmsil olunan sağçı partiyalar rusiyayönlü fraksiya yaradırlar.
525.az xəbər verir ki, bu barədə Macarıstanın sağçı “Bizim Vətən” partiyasının sədri Laslo Torotskai bildirib. Siyasətçi qeyd edib ki, koalisiyaya “Bizim Vətənimiz”, "Almaniya üçün Alternativ" (AfD), Bolqarıstanın Dirçəliş partiyası və digər müttəfiqlər daxil ola bilər. Torotskai qeyd edib ki, Aİ-nin hazırkı rəhbərliyinin siyasəti, o cümlədən anti-Rusiya sanksiyalarının tətbiqi Avropa üçün fəlakətli nəticələrə malikdir.
Bundan əvvəl Avropa Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.
Yeni sanksiyalar paketinə Rusiyadan olan 116 fiziki və hüquqi şəxs daxil edilib.
Pərvanə Sultanova



