https://525.az/img/pics/medium/2024-07/319085_nkwhve7swh.jpg "Alverçi" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2024-07/319142_ferij9stea.jpeg Sosial media və biznes
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg MÜVƏQQƏTİ DAYANMIŞ AVTOBUSUN İNADKAR SƏRNİŞİNİ - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-07/319082_xtzkcmfh23.jpg Pulları harda saxlamalı?
search
3 İyul 2024

Fransa klubu Mikautadzeni aldı

Fransa klubu Mikautadzeni aldı

Fransanın "Metz" klubu Gürcüstan millisinin hücumçusu Jorc Mikautadzenin transferini rəsmiləşdirib.

QOL.az xəbər verir ki, Mikautadze ötən mövsümün ikinci yarısını icarə əsasında "Metz"də keçirib. O, müqavilə ilə "Ayaks"a məxsus idi.

Bu gün isə "Metz" 23 yaşlı hücumçunu birdəfəlik transfer edib. Bu barədə "Ayaks" məlumat yayıb. 

Fransa klubunun Mikautadze üçün 13 milyon avro ödəyəcəyi bildirilir.

Xatırladaq ki, Mikautadze 2017-ci ildən "Metz"in futbolçusu idi. 2023-cü ilin yayında "Ayaks" onu 16 milyon avroya alıb, lakin 6 ay sonra forvardı 6 aylıq "Metz"ə icarəyə göndərib. Ümumilikdə, Mikautadze bu müddət ərzində 19 oyun keçirib, 12 qol vurub və 1 qol ötürməsi verib.

Qeyd edək ki, 23 yaşlı hücumçu Gürcüstan millisinin heyətində Avro-2024 -də çıxış edib. Mikautadze 4 oyunda 3 qol vurub və 1 qolun ötürməsini edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.