https://525.az/img/pics/medium/2024-07/319262_mg1xldzyi9.jpg "COP29 Azərbaycanda bərpaolunan enerji sektorunun inkişafına təkan verəcək"
https://525.az/img/pics/medium/2024-07/319266_zrtigl6geh.jpg Hüseyn Cavidin ədəbi-nəzəri görüşlərinə bir baxış
https://525.az/img/pics/medium/2024-07/319265_d30k3wfqaz.jpg İnsan haqqında ballada - Nizaməddin Şəmsizadə yazır
https://525.az/img/pics/medium/2022-06/227663_woxprtpsb4.jpg Həmkar olmaq - Misgər Məmmədov yazır
search
4 İyul 2024

Montella bugünkü oyun haqda

Montella bugünkü oyun haqda

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avro-2024-ün 1/8 finalında bu gün Avstriyaya qarşı keçirəcəkləri oyun haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis rəqibin güclü tərəflərindən söz açıb: 

"Avstriya yaxşı bir komandadır. Bəlkə də mənə görə ən yaxşı komandadır. Çox aqressivdirlər və rəqibə təzyiq göstərirlər. Ən əsası, komplektləşiblər. Avstriya ilə mart ayında keçirdiyimiz yoxlama oyununun ilk hissəsində bərabər səviyyədə oynamışdıq. İkinci hissədə isə psixoloji olaraq eniş yaşadıq. Oyun başqa bir hesabla da başa çata bilərdi. Çox ağır məğlubiyyət idi. Amma yoxlama oyunu başqadır, bugünkü matç isə başqa. Ümid edirəm ki, budəfəki nəticə fərqli olacaq. Hisslərimizin işimizə mane olmağına icazə verməməliyik. Revanş duyğusuna qapılmamalıyıq. Çünki bu, düzgün düşünməyə mane olur. Biz nə edəcəyimizi bilirik".

Qeyd edək ki, sözügedən matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar mart ayında yoxlama görüşündə üz-üzə gəliblər. Həmin oyunda Avstriya 6:1 hesablı qələbə qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.