Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nəzdində fəaliyyət göstərən Azərbaycan Təhsil İşçiləri Azərbaycan Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) XVIII hesabat-seçki konfransı başa çatdı. ATİAHİRK bir sosial qurum olaraq cəmiyyətə nələri ötürə bilib?
Konfranslararası keçən müddətdə ATİAHİ möhkəmlənmiş, onun üzvlərində sıraları artmış, qarşıya qoyulmuş məqsədlər - cəmiyyətin demokratikləşməsi, sosial müdafiənin artması, vətəndaşların əmək və sosial hüquqlarının hüquqi bazası genişlənmiş, həmkarlar təşkilatları vasitəsi ilə hər bir üzvün vətəndaş cəmiyyətinə inteqrasiya edilməsində mövcud imkanlardan istifadə edilmişdir. Tarixən 8 saatlıq iş rejimi, əmək şəraiti, əməkhaqqı haqqında sırf əmək xarakterli tələbatların sosial sferası genişlənmiş və bu sahədə əməkçilərin, təqaüdçülərin, hətta həmkarlar təşkilatlarının üzvü olmayan vətəndaşların sosial hüquqlarının qayğısına qalmağa Azərbaycan həmkarlar təşkilatı öhdəsinə götürmüş və bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.
Bu gün AHİK və onun ən çoxsaylı üzvü olan ATİAHİ təhsil, maarif, tərbiyə işləri ilə məşğul olan, cəmiyyətin üzvlərini, çiçəklənən Azərbaycanın qurucusu olaraq yetişdirməkdə israrlı olan müəllimlərin, onların ailə üzvlərinin qayğısına qalmaqda çox böyük layihələri həyata keçirir.
ATİAHİ-AHİK bir üzvü olmaqla 44 Günlük Zəfər Qələbəsində döyüşən ordunun qalibiyyətində maddi, mənəvi dəstəyi ilə, həm də müəllimin bir vətəndaş olaraq ordu sıralarında vuruşması ilə sosial yaddaşa daxil olub.
ATİAHİ cəmiyyətin bir fəal sosial qurumu olaraq, ictimai həyatın sahələrinə özünün xeyirxahlıq davranışı ilə müdaxilə etmişdir. ATİAHİ sosial təşkilat olmaqla öz üzvlərinin istək və arzularından yaranmışdır və məqsəd üzvlərə və cəmiyyətə kömək etmək, əl tutmaq, sosialyönümlü, həmkarlar üzvünü çətin vəziyyətdən çıxarmaq kimi davranışları öz üzərinə götürür və sosial kontekstə uyğun olaraq yerinə yetirir.
ATİAHİ RK kömək davranışını, sosialyönümlü münasibəti və cəmiyyət üzvlərinin cəmiyyətə uyğunlaşmasını həmkarlar təşkilatlarının yardımını ehtiva edir. ATİAHİ RK öz üzvlərinin istək və arzularını təəssüratdan keçirərək, onları inkişaf perspektivlərinə, təhsil və əlavə təhsilə yönəldərək, üzvlərinin xeyrinə respublika səviyyəli layihələri həyata keçirməklə funksiyasını həyata keçirir. 10 minlərlə ailələrə, minlərlə şagird və tələbəyə, şəhid və qazi ailələrinə yardım və köməyə ehtiyacı olanlara göstərilən bu dəstək Azərbaycan Respublikasının bütün guşələrində öz əks-sədasını tapır və çox yüksək müsbət münasibətlərlə qarşılanır.
ATİAHİ RK sosial-məsuliyyəti çox yüksək olan bir təşkilatdır. Sosial məsuliyyətin belə yüksək olmasının bir mühüm sosial-psixoloji faktoru da yüksək sosial məsuliyyətə malik şəxsiyyətin olması ilə bağlıdır.
Hazırda ATİAHİ RK-ya rəhbərlik edən millət vəkili, professor Səttar Mehbalıyev cəmiyyətin sosial normalarını və sosial münasibətlərini, həmçinin bu davranışların dövlətçilik naminə istiqamətlərin müəyyən edilməsində mühüm rol oynayır. İnsanlara kömək etmək, haqqa və ədalətə inanaraq, onu davranışında rəhbər tutmaq, insanların istədiklərini alacaqlarına ümidi formalaşdırmaq ATİAHİ RK sədrinin başlıca xüsusiyyətindəndir.
ATİAHİ RK sədrinin bu davranışı cəmiyyətə iki cür ötürülür. Birincisi ondan ibarətdir ki, obyektiv durumu qiymətləndirən həmkarlar lideri insanlara inandıra bilib ki, onlar bu xeyirxahlığa, köməyə, sosialyönümlü münasibətə layiqdirlər. İkincisi isə bu prosesin sosial-psixoloji mahiyyəti ondan ibarətdir ki, həmkarlar liderinin xeyirxahlıq davranışlarını motivləşdirən onun empatiyasının güclü olması ilə bağlıdır. Xeyirxahlıq, kömək, vəziyyətdən çıxış daxili psixoloji hisslərin toplumu ilə bağlıdır. Sosial yönümlü hadisələrin motivləşməsində, həmkarlar üzvləri ilə onun lideri arasında əlaqələrin yaranmasında daha bir sosial-psixoloji davranış da əhəmiyyət daşıyır ki, bu da şəxsi münasibətdir. Əlaqələri, rabitələri yaratmaq, ünsiyyətdə ortaq məxrəcə nail olmaq, konsensus və duyğuları birləşdirərək həmkarlar üzvləri arasında yaxınlığı formalaşdırmaq Səttar müəllimə xas sosial-psixoloji davranışdır.
Cəmiyyətin sosial yönümlü sifarişlərini qarşılamaq, ona adekvat cavab vermək, kömək etmək, xeyirxahlıq davranışının sosial-psixoloji mexanizmi, şəxsiyyətin pozitiv əhval-ruhiyyəsi, pozitiv meylləri ilə bağlıdır, bu bir şəxsiyyət olaraq S.Mehbalıyevə xas əməldir və bu əməl əhval-ruhiyyəyə təsir edərək müvəffəqiyyətlə nəticələnən ardıcıl hərəkətləri formalaşdırır. Azərbaycan çapında ATİAHİ RK və AHİK kimi təşkilatların gördüyü işlər, həmçinin icra olunan hərəkətlərin müvəffəqiyyətindən asılıdır, bunlar pul, hədiyyə, ərzaq, mənəvi dəstək şəklində ifadə olunan hərəkətlər həmin sosial zümrənin sosial psixoloji cəhətdən əhval-ruhiyyəsini yaxşılaşdırır. Bu, bir sosial-psixoloji mexanimzdir və bu prosesdə şəxsiyyət amili, onun emosional pozitiv informasiya mənbəyi çox mühüm roy oynayır.
Duyğuları, hissləri birləşdirmək onu empativ, daxili mexanizmin hissi əsası kimi formalaşdırmaq, əmələ və davranışa çevirmək, dövlətə və dövlətçiliyə sədaqət müstəvisi üzərində icra etmək şəxsiyyət amilinin başlıca göstəricisidir. Kömək, xeyirxahlıq, humanistlik, sosialyönümlü cəmiyyətə münasibət şəxsiyyətin daxili psixoloji xüsusiyyətləri olub şəxsiyyətlərarası münasibətlərdə psixoloji iqlimi yaxşılaşdırmağa yönəlib.
Bir təhsil işçisi kimi, uzun müddət həmkarlar təşkilatının üzvlüyündə 50 ildən artıq dayandığımı nəzərə alaraq qeyd etmək istərdim ki, ATİAHİ RK Azərbaycan Respublikasında təhsil islahatının icrasında təhsilin keyfiyyətinin yüksəldilməsində motivləşdirici funksiyası çox yüksəkdir. ATİAH RK hər bir şagirdin, hər bir məktəbin, hər bir təhsil və tərbiyə ocağının yanındadır və içindədir. O, bir təşkilat olaraq təhsilin perspektivlərin qiymətləndirməkdə, onun cəmiyyət üçün lokomotiv rolunu dərindən dərk edən bu sahədə Dövlətçiliyi dəstəkləyir.
AHİK daxil olan digər üzv təşkilat olaraq ATİAHİ RK müəllimlərin istirahətinin, sağlamlığının bərpasına qalır, bu sahədə bütün imkanlardan istifadə edərək əməkdaşların istirahət və sağlamlıq bazalarını genişləndirir. ATİA HİRK bu sahədə MDB məkanında demək olar ki, əgər bütün qayğıları nəzərə alsaq, sosialməsuliyyətinə, sosialyönümlü davranışına, kömək və xeyirxahlığa görə yeganə sosial qurumdur.
Yeni sevilən heyət cəmiyyət səviyyəsində bu sosial məsuliyyəti dərk edərək onu daha da cəzbediciliyini artırmağı öhdəsinə götürüb və bu sahədə onlara müvəffəqiyyətlər arzulayıram.