https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Ta­ri­xin fa­ciə­li və ib­rə­ta­miz əh­va­lat­la­rı - Tel­man Oru­cov yazır
https://525.az/img/pics/medium/2024-07/318831_5zqj4ucazm.jpg "Məktəbdaxili idarəetmənin dəyişməsinə ehtiyac var"
https://525.az/img/pics/medium/2024-07/318932_ls0nt4lzfq.jpg “525-ci qəzet”in 2 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-07/318927_tessl52i4v.jpg İmperatorluqdan fahişəxanaya çevrilən saray - Türkan Turan yazır
search
1 İyul 2024

"Qarabağ" Zubirlə müqaviləni uzatdı

"Qarabağ" Zubirlə müqaviləni uzatdı

"Qarabağ" müqaviləsi bir neçə gündən sonra başa çatacaq Abdullah Zubirlə yeni müqavilənin şərtlərini razılaşdırıb.

525.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb.

Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi Ağdam təmsilçisi ilə 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

Qeyd edək ki, "Qarabağ" bunadək Fabian Buntiçi və Musa Qurbanlını transfer edib, Bəhlul Mustafazadə, Nəriman Axundzadə və Riçard Almeyda ilə müqaviləni uzadıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.