Venesuela prezidenti Nikolas Maduro müxalifətin iyulun 28-də keçiriləcək seçkiləri saxtalaşdırmağa çalışdığını bəyan edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Lara əyalətində təşkil edilən mitinqdə ictimaiyyətə müraciət edən Maduro Birləşmiş Demokratik Platformanın (PUD) çətiri altında birləşən müxalifətə reaksiya verib.
İyulun 28-də keçiriləcək prezident seçkilərində qalib gələcəklərini bildirən Maduro: "Biz qalib gələcəyik və çox irəlidə bitirəcəyik. Bunu bilirlər, ona görə də seçki qutusunu saxtalaşdırmağa çalışırlar", - deyib.
Malik Atilay