Boliviyada Prezident Luis Arce hökumətinə qarşı hərbi çevriliş cəhdindən sonra başlayan istintaq çərçivəsində 17 nəfər saxlanılıb.
525.az xəbər verir ki, Boliviya daxili işlər naziri Eduardo del Kastillo mətbuata verdiyi açıqlamada hökumətə qarşı çevriliş cəhdində iştirak etdikləri səbəbilə istintaq çərçivəsində 17 nəfərin nəzarətə alındığını bildirib.
Saxlanılanlar arasında işdən çıxarılan general Xose Zuniqa və vitse-admiral Xuan Arnezin də olduğunu deyən Kastillo, çevriliş cəhdi ilə bağlı daha bir neçə nəfərin axtarıldığını bildirib.
Məhəmməd Tağıyev