|
|
|
|
Ötən gün polis itkin düşmüş şəxs kimi axtarışda olan 3 nəfəri tapıb.
525.az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 30-da Kürdəmir rayonunda itkin düşmüş 2001-ci il təvəllüdlü qız, mayın 14-də Bərdə rayonunda azyaşlı övladı ilə birgə itkin düşmüş 1993-cü il təvəllüdlü qadın tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.