"Tottenhem"in sabiq baş məşqçisi Antonio Konte "Napoli"ni çalışdırmağa yaxındır.
QOL.az xəbər verir ki, bu "La Repubblica" məlumat yayıb. Bildirib ki, tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər. 54 yaşlı mütəxəsis illik 9 milyon avro qazanacaq. Bundan əlavə, Neapol təmsilçisi İtaliya çempionluğunu qazanacağı təqdirdə ona daha bir milyon bonus ödəniləcək.
Kontenin son iş yeri ötən ilin martında ayrıldığı "Tottenhem" olub.
A Seriyasının son turunun oyunu öncəsi “Napoli” 52 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.