https://525.az/img/pics/medium/2025-04/350913_mjq3xcld9z.jpg "Çernobıldan qayıdandan sonra normal həyata adaptasiya ola bilmirdim"
https://525.az/img/pics/medium/2025-04/350841_yzhvhd029d.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ` ANONS
https://525.az/img/pics/medium/2025-04/350701_3nacjjnwd5.jpg Şəxsi və ictimai inkişafa xidmət edən müsabiqə - "Yüksəliş"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Ticarət müharibəsi və bazar rəqabəti - Tel­man Oru­cov yazır
search
26 Aprel 2025
25 Aprel 2025

"Daha iddialı komanda qurmaq istəyirik"

"Daha iddialı komanda qurmaq istəyirik"

"Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edir, digər klublarımıza isə avrokubok oyunlarında uğur qazanmaqlarını arzulayıram. Mövsümün son oyunu azarkeşlər üçün maraqlı alındı. Biz də qalib gələ bilərdik, "Qarabağ" da uda bilərdi, amma yekunda heç-heçə qeydə alındı. Futbolçularımı təbrik edirəm".

QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının sonuncu turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

O, yaxın günlərdə klub rəhbərliyi ilə görüşünün olacağını bildirib: "Yeni mövsümlə bağlı planlar müzakirə olunacaq. Müqavilənin müddəti 2 ay nəzərdə tutulmuşdu. Bu müddət komandanı tanımaq baxımından əhəmiyyətli idi. Halbuki rəhbərlik anlaşmanın müddətini 1 il etmək istəyirdi. Görüş zamanı müəyyən suallara aydınlıq gətiriləcək. Daha iddialı komanda qurmaq istəyirik. Arxada qalan mövsüm də göstərdi ki, ehtiyat oyunçular skamyamız bütöv deyildi. Ona görə də heyəti tam komplektləşdirmək vacibdir. Ümumiyyətlə "Araz-Naxçıvan" layihəsi mənim üçün də maraqlıdır".

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.