"İqlim dəyişikliyi insan sağlamlığına ciddi təsir edir".
525.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitində çıxışı zamanı COP29-un Baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O bildirib ki, COP29 həm də səhiyyə problemlərinin həllinə yönəlib:
“İqlim dəyişikliyinin təsirləri getdikcə artır. Biz daha dayanıqlı gələcək üçün çalışmalıyıq. COP29 tədbirində həm də iqlimlə səhiyyə sektoru arasındakı əlaqələr müzakirə ediləcək".