|
|
|
|

Türkiyənin Balıkesir şəhərində meşə yanır.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Yanğının səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.



