"COP29-da nə qədər ölkənin iştirak edəcəyi barədə indidən proqnoz vermək tezdir".
525.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29-un Baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O bildirib ki, təşkilatı məsələlər və hazırlıqlar vaxt cədvəlinə uyğun olaraq qaydasında gedir: "Bütün işləri vaxtında çatdıracağıq".
COP29 ərəfəsində quru sərhədlərinin açılması ilə bağlı məsələ barədə danışan nazir müavini deyib ki, bu məsələyə münasibət bildirmək Nazirlər Kabinetinin səlahiyyətindədir.