Azərbaycan prezidenti İlham Əliyev xanım Kolinda Qrabar-Kitaroviçi Xorvatiya prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
525.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
”Hörmətli xanım Qrabar-Kitaroviç, Xorvatiya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.