Bakı-2015 I Avropa Oyunlarının VI günündə 11 dəst medalın sahibi məlum olub.
Apasport.az saytının məlumatına görə, taekvondo, kişilər arasında sərbəst güləş, kamandan oxatma, atıcılıq və bədii gimnastika yarışlarında ilk “üçlük”lər medallarına qovuşublar.
Azərbaycan Oyunların VI günündə 4 medal qazanıb. Bunlardan 3-nün əyarı qızıl, digərinin isə bürünc olub.
Taekvondoçu Ayxan Tağızadə, sərbəst güləşçilər Toğrul Əsgərov və Xetaq Qazyumov fəxri kürsünün ən yuxarı pilləsinə qalxdıqları halda, digər güləşçimiz Cəbrayıl Həsənov yarışları bürünc medalla başa çatdırıb. Bu gün qeydə alınan nəticələrdən sonra Azərbaycan yarışda qazandığı medalların sayını 23-ə çatdırıb.
Qeyd edək ki, bununla I Avropa Oyunlarında ümumilikdə 71 dəst medal öz sahibini tapıb.
Taekvondo
Kişilər 68 kq
1. Ayxan Tağızadə (Azərbaycan) 2. Karol Robak (Polşa) 3. Aleksey Denisenko (Rusiya) 3. Joel Qonzales Bonilya (İspaniya)
Qadınlar 57 kq
1. Jade Cons (Böyük Britaniya) 2. Ana Zaninoviç (Xorvatiya) 3. Nikita Qlasnoviç (İsveç) 3. Eva Kalvo Qomes (İspaniya)
Güləş
Kişilər 57 kq
1. Viktor Lebedev (Rusiya) 2. Marsel Evald (Almaniya) 3. Aleksandru Çirtoaka (Moldova) 3. Sezer Akgül (Türkiyə)
65 kq
1. Toğrul Əsgərov (Azərbaycan) 2. Frank Markes Kamizo (İtaliya) 3. Mustafa Kaya (Türkiyə) 3. İlias Bekbulatov (Rusiya)
74 kq
1. Aniyar Geduyev (Rusiya) 2. Soner Dəmirtaş (Türkiyə) 3. Cəbrayıl Həsənov (Azərbaycan) 3. Cumber Kvelaşvili (Gürcüstan)