Ümumtəhsil məktəblərində istifadədə olan, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış IV sinif dərslik dəstlərinin (2015-ci il nəşri) elmi-metodik monitorinqi başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, müzakirələr nəticəsində formalaşdırılmış yekun rəylər (Azərbaycan bölməsi üzrə: 12 dərslik və 12 müəllim üçün metodik vəsait; rus bölməsi üzrə: 7 dərslik və 8 müəllim üçün metodik vəsait) Təhsil Nazirliyinə göndərilib və “Dərslik portalı”nda (http://www.derslik.edu.az/monitoring/level4/) yerləşdirilib.