Milli Televiziya və Radio Şurası (MTRŞ) daha bir kabel şəbəkəsi yayımçısına xüsusi razılıq (lisenziya) verib.
APA-nın xəbərinə görə, bu barədə MTRŞ-nın 19 may 2016-cı il tarixli qərarında bildirilib.
Həmin qərara əsasən, “MNS SERVICES” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) kabel şəbəkəsi yayımı üçün (yayımın üsulu – internet) 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.