Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Prezidentin ehtiyat fondundan Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.