https://525.az/img/pics/medium/2024-05/314036_ip98bas01h.jpg Laçın təbiətli, Laçın sevdalı şair
https://525.az/img/pics/medium/2024-05/314040_5nku9s2x5u.jpg Yazıçılar Birliyində Dayandur Sevginin yubileyi qeyd edilib
https://525.az/img/pics/medium/2024-05/314034_vryw7w225x.jpg Sülhməramlıların gedişi
https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
search
17 May 2024
16 May 2024

Arda Turan: “Anamı ağlatdılar, bunun əvəzini bir-bir çıxacam”

Arda Turan: “Anamı ağlatdılar, bunun əvəzini bir-bir çıxacam”
“Sona kimi mübarizə apardıq. Qələbə qazandığımız üçün xoşbəxtik”.

Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının kapitanı Arda Turan deyib.
 
AÇ-2016-nın qrup mərhələsində Çexiya üzərində qələbə (2:0) qazanan türkiyəlilər növbəti mərhələyə çıxmaq şanslarını saxlayıblar.
 
Matçdan sonra fikirlərini bölüşən Arda bəzi insanlardan incidiyini gizlətməyib.
 
İspaniya ilə oyundan sonra sərt şəkildə tənqid edilən 29 yaşlı yarımmüdafiəçi hər kəsin cavabını verəcəyini bildirib:

“İndi digər qrupdakı nəticələri gözləməliyik. İnşallah, dualarla ən yaxşı üçüncülərin sırasına daxil olarıq.

Mənim əhvalım həyatım boyu oyunumla paralel oldu. Biz heç vaxt pulun həvəsində olmadıq. Amma çox haqsızlıq edildi. Özümüzü qoyuram bir kənara, anamı ağlatdılar. Heç olmasa, bunu etməyəydilər. Bəzilərini bağışlamayacağam. Narahat olmasınlar, bunun əvəzini hər kəsdən bir-bir çıxacağam”.
 
Qeyd edək ki, Çexiya ilə matçdan öncə Ardanın AÇ-2016-dan sonra yığma karyerasını bitirəcəyi haqda söz-söhbətlər yayılmışdı.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.