Prezident İlham Əliyev Sərdar Sübhan oğlu Eyvazova Azərbaycan Respublikasının “Əməkdar müəllim” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncamda S. Eyvazovun Dövlət Sərhəd Xidmətinin təhsil sahəsinin inkişafındakı xidmətlərinə görə fəxri ada layiq görüldüyü bildirilib.
Dövlət başçısı DSX-nin səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə Fərman Bəhman oğlu Allahverdiyevə “Əməkdar həkim” fəxri adı verilməsi haqqında da sərəncam imzalayıb.