“Qəbələ” futbol klubu gənc komandadır. Onun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferinlə görüşdə deyib.
A. Çeferin isə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”-“Maynz” oyununu izlədiyini və oyunun yaxşı keçdiyini bildirib.