Gənclər və İdman Nazirliyinin dəstəyilə Dünya Türk Gəncləri Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyi jurnalistlər arasında yazı müsabiqəsi keçirir.
“525”ə verilən məlumata görə, müstəqilliyin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsi Azərbaycanın müstəqilliyinə və bu müstəqillikdə ulu öndər Heydər Əliyevin əvəzsiz rolu haqqında yeni biliklərin əldə olunmasına xidmət göstərəcək.
2016-cı il noyabrın 15-də müsabiqəyə start verilib.
Noyabrın sonunda (son tarix 30 noyabr, saat 18:00) müsabiqəyə yekun vurulacaq. Müsabiqəyə təqdim olunmuş yazılar arasından xüsusi təyin olunmuş münsif qrupu tərəfindən seçilmiş qaliblər dekabr ayında mükafatlandırma mərasimində elan ediləcək.
- Birinci yerin qalibi 1000 AZN,
- İkinci yerin qalibi 800 AZN,
- Üçüncü yerin qalibi isə 600 AZN
məbləğində mükafat alacaq. Bundan başqa müsabiqədə 3 həvəsləndirici yer müəyyənləşdirilib ki, onların hər birinə 300 AZN təqdim olunacaq.
Müsabiqənin fərqli cəhəti ondan ibarətdir ki, jurnalistlərdən yeni yazı tələb olunmur. 2016-cı il ərzində bu mövzuda dərc olunmuş yazılar müsabiqəyə təqdim oluna bilər.
Müsabiqəyə təqdim olunan yazılarda aşağıdakı xüsusiyyətlərə əhəmiyyət veriləcək:
-Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi;
-Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
-İfadə vasitələrinin zənginliyi;
-Oxucu üçün informasiyalılıq dərəcəsi;
-Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqdə);
-Yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqdə);
-Materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);
diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);
-Yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
-Yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.
Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil. Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.
Ünvan: AZ1000, Səbail rayonu, Üzeyir Hacıbəyov küç., 26/92, 3-cü mərtəbə, Dünya Türk Gənclər Birliyi İctimai Birliyinin ofisi.
Əlaqə vasitələri : [email protected]
Tel: (+994 12) 598 41 36
(+994 55) 547 65 11