Azərbaycanda daha bir aşağı büdcəli aviaşirkət yaradılacaq.
APA-nın məlumatına görə, bu barədə Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
Qeyd olunur ki, 2017-ci ilin sonuna qədər aşağıbüdcəli aviaşirkətin yaradılması üçün təyyarə parkının qurulması istiqamətində işlərin görülməsi və bu sahəyə xarici investorların cəlb olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdən keçiriləcək.