Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəmərinin Türkiyədən keçən hissəsində oğurluq olub.
APA-nın “bolgegundem.com” saytına istinadən verdiyi məlumata görə, oğurluq Adana rayonunun Sarıçam qəsəbəsinə bağlı Baklalı məhəlləsində qeydə alınıb. Taxıl zəmisində 1 metr yer qazılıb və həmin ərazidən keçən kəmər deşilib. Bir çən xam neft oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
BTC-nin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətindən isə "APA-Economics"ə bildirilib ki, hadisənin qeyd edilən boru xəttinə aidiyyəti yoxdur:
"BTC öz normal rejimi ilə çalışır və hazırda Azərbaycan neftini daşımaqdadır. Bu hadisə digər boru kəmərində baş verib".