Azərbaycanda fəaliyyət göstərən 32 bankın 30 aprel 2017-ci il tarixinə cəmi aktivləri 30 mlrd. 779,2 mln. manat, cəmi öhdəlikləri 28 mlrd. 31,6 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 747,6 milyon manatdır.
Əhalinin əmanətləri 6 mlrd. 847,5 mln. manat həcmindədir.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 140, POS-terminalların sayı 2493-dür.
Bütövlükdə, bank sektorunun işçi heyəti 16214 nəfər təşkil edir.