İranın ali dini lideri ayətullah Əli Xamenei ABŞ-ı yalan danışmaqda günahlandırıb.
"Report" TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ öz hərəkətləri ilə regionda sabitliyi pozur və İŞİD-in məhv edilməsinə köməklik göstərmir.
"ABŞ-ın antiterror koalisiyası formalaşdırması ilə bağlı iddialar yalandır", - deyə Xamenei bildirib.