Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.
Bu barədə 525.az-a Parlamentdən məlumat verilib.
Bildirilib ki, iclasın gündəliyinə bir sıra sənədlərin ratifikasiyası, Əmək, Vergi və Gömrük məcəllələrinə, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Əmək pensiyaları haqqında", "Valyuta tənzimi haqqında", "Bədən tərbiyəsi və idman haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla, 38 məsələ daxildir.