Oktyabrın 1-dən 4-dək "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi Macarıstanın paytaxtı Budapeştdə növbəti ixrac missiyası təşkil edəcək.
Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Macarıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcək və iri marketlər şəbəkələrində olacaqlar.
Qeyd edək ki, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə- tərəvəz məhsulları, şərab və digər spirtli içkilər, bal, çay, fındıq, tekstil və mebel istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.
Ceyhun ABASOV