Oktyabrın 1-də saat 15:00-dan 17:00-dək "BookZone" Kitab evində şair Hədiyyə Şəfaqətin bir müddət əvvəl çap edilmiş “Qapı” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.
525.az-ın məlumatına görə, "Vektor" nəşriyyatında çap olunan kitaba müxtəlif mövzulu 94 şeir daxil edilib.
Müəllifin özünün də iştirak edəcəyi təqdimatda oxucular H.Şəfaqətlə müzakirə imkanı qazanacaq, əldə etdikləri kitabları imzalatdıra biləcəklər.
Qeyd edək ki, "Qapı" şairin ilk kitabıdır.
Məlumat üçün bildiririk ki, kitabın qiyməti 7 manatdır.
Ünvan: "BookZone" Kitab Evi. Bəxtiyar Vahabzadə küçəsi 5. "Elmlər Akademiyası" metrostansiyasının təzə çıxışı, Bakı Dövlət Universiteti ilə üzbəüz.
Məkanı tapa bilməyənlər 055 515 15 54 nömrəsinə zəng edə bilərlər.