Ukraynada tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun nəsr kitabı işıq üzü görüb.
Kitaba yazıçının “Azadlıq” romanı və hekayələri daxil edilib.
Əsərləri ukrayna dilinə Ukrayna yazıçısı, tərcüməçi Nataliya Kuliş tərcümə edib.
Kitabın oktyabr ayında Kiyevdə geniş təqdimatı keçiriləcək.