|
|
|
|
ABŞ prezidenti Donald Tramp bildirib ki, Aİ-dən çıxdıqdan sonra ("Brexit") Britaniyanın "ən möhtəşəm ticarət tərəfdaşı" ABŞ olacaq.
APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp Britaniyanın ITV telekanalına müsahibəsində bildirib.
ABŞ prezidenti əlavə edib ki, əgər o Britaniyanın baş naziri Tereza Meyin yerində olsaydı Aİ-dən çıxma üzrə danışıqları daha sərt aparardı.