ABŞ-da məktəbdə baş verən silahlı insident nəticəsində 16 nəfər xəstəxanaya yerləşdirilib.
APA-nın məlumatına görə, bu barədə Associated Press agentliyi tibbi mənbələrə istinadən xəbər verib.
Yaralılardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.
ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbinə edilən hücum nəticəsində 17 nəfər ölüb. Hücumu törədən şəxs saxlanılıb.