Vaşinqton KXDR ilə danışıqlar aparmağa hazırdır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Şimali Koreya danışmaq istəyir - biz də danışmaq istəyirik, lakin uyğun şərtlərlə. Görək necə olacaq”, deyə D.Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl Cənubi Koreya prezidenti Mun Çje In Vaşinqton və Pxenyanı danışıqlara çağırıb.