|
|
|
|
ABŞ-də universitet şəhərciklərində Fələstinə dəstək nümayişləri zamanı 2 həftə ərzində ən azı 2 min adamın nəzarətə alındığı bildirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin ən nüfuzlu ali təhsil müəssisələri də daxil olmaqla onlarla universitet şəhərciyi aprelin 18-dən İsrailin Qəzzada dinc əhaliyə hücumlarına etiraz edir.
Associated Press-in (AP) öz mənbələrindən istifadə edərək əldə etdiyi məlumata görə, bu etirazlarda çox sayda müəllim və professor da daxil olmaqla ən azı 2 min nümayişçi saxlanılıb.
Malik Atilay