Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili Bakı Dövlət Universitetində (BDU) olub.
Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən görüşü açan rektor, akademik Abel Məhərrəmov Dünya Turizm Təşkilatının fəaliyyəti barədə məlumat verib, qurumun gördüyü işlərdən bəhs edib. Baş katib Bakı Dövlət Universiteti, tədris olunan ixtisaslar, o cümlədən, turizm ixtisası haqqında danışıb.
Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, öz növbəsində, ölkəmizdə turizmin inkişafından, genişmiqyaslı işlərin həyata keçirilməsindən bəhs edib. Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edən baş katib yaxın gələcəkdə rəhbərlik etdiyi təşkilatla universitet arasında əlaqlərin qurulması təklifi ilə çıxış edib.
Tələbələrin baş katibə ünvanladığı suallardan sonra universitetin studiyasında hazırlanmış "Sütunlar" filmi nümayiş olunub.
Tədbir baş katib Zurab Pololikaşviliyə "BDU-nun Fəxri qonağı" plaketinin təqdim olunması ilə başa çatıb.
Qeyd edək ki, baş qərargahı Madriddə yerləşən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov da iştirak edib.
S.QARAYEVA