“Etihad Airways PJSC” şirkətinin azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. ev 79B-də yerləşir.
Şirkətin qanuni təmsilçisi Ahmad Seed Mohammad Ali Ahmaddır.
Şirkət bu ilin 2 mart tarixində dövlət qeydiyyatına alınıb.