“Azərbaycan mənim üçün ikinci vətəndir. Burdan ayrılmaq çətin olacaq. Mən Azərbaycanda öz ölkəmdəki kimi fəaliyyət göstərdim. İş həyatımın ən gözəl illəri məhz burda keçdi”.
525.az-ın məlumatına görə, bu sözləri dünən “The First” müsabiqəsində çıxış edərkən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.
O, Azərbaycandakı dörd illik fəaliyyətindən sonra Türkiyəyə qayıtmağın çətin olacağını bildirib: “Tez-tez Azərbaycana gələcəm. Siz də Türkiyəyə gəlin”.
Xatırladaq ki, bu ilin aprel ayında Türkiyə prezidenti Abdullah Gül İsmayıl Alpər Coşqunun Azərbaycanda səfir təyin edilməsi barədə sərəncam imzalayıb.