Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ukrayna ilə bağlı mövqeyinin ədalətli olduğunu və onun dəyişməyəcəyini bəyan edib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, S.Lavrov bildirib ki, Avropa Birliyi və ABŞ fevralın 21-də Viktor Yanukoviçlə müxalifət arasında imzalanmış sazişin üstündən xətt çəkməyə çalışır.
Rusiya xarici işlər naziri həmçinin qeyd edib ki, Brüssel ilə Vaşinqton Ukrayna Ali Radasına gəlmiş qüvvələrə təsir etmək iqtidarında deyil.