"Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələn ilin birinci yarısında konkret tarixdə Xəzəryanı dövlət başçılarının sammitinin keçirilməsi barədə təklif verəcək. Tədbirin tarixi Xəzəryanı dövlətlərin başçıları ilə razılaşdırılacaq".
APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
X. Xələfov deyib ki, o vaxtadək razılaşdırılmış Konvensiya layihəsi müvafiq dövlətlərdə daxili prosedurlardan və digər texniki mərhələlərdən keçəcək.