Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas-alim, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin 70 illiyi münasibətilə "Vaqif Yusifli - 70" adlı kitab sərgisi açılıb.
Sərgidə "Əsərləri", "Tərtib etdiyi", "Redaktoru olduğu", "Rəy verdiyi ", "Ön söz yazdığı", "Haqqında" bölmələrindən və qəzet-jurnal materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.